Azərbaycan baleti İtaliyada təmsil olunacaq | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan baleti İtaliyada təmsil olunacaq

Qafar Ağayev17:25 - 17 / 04 / 2024
Azərbaycan baleti İtaliyada təmsil olunacaq

Azərbaycan mədəniyyətində, Azərbaycan klassik balet tarixində böyük mədəni hadisə baş verib.

1news.az xəbər verir ki, 17 aprel 2024-cü il tarixində İtaliyada keçirilən beynalxalq "Nervi Rozza Music Ballet Festivalı"nın mətbuat konfransında İtaliyanın “Teatro Carlo Felice” Teatrının rəhbərliyi tərəfindən ilk dəfə olaraq geniş tamaşaçı auditoriyası qarşısında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası milli klassik baletimizin Avropa səhnəsində nümayişi ilə bağlı dəvət alıb.

Bu barədə sözügedən konfransda iştirak edən dünya şöhrətli opera ifaçısı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov məlumat verib.

Genuya Opera Tatrının baş direktoru Kladuio Orazi, bədii rəhbəri Pierancelo Konte, Genuya şəhərinin meri Karlo Bucci, regionun mədəniyyət kuratoru Cesika Nikkolini, “Ariosi Managemement” Agentliyinin direktoru Alesandro Ariosi və başqa mötəbər şəxslərin iştirakı ilə təşkil edilən mətbuat konfransında çıxış edən Y.Eyvazov bildirib ki, mədəniyyətin inkişafına daim diqqət və qayğı göstərən Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi olmadan belə möhtəşəm qastrol səfərləri baş tuta bilməzdi.

Məhz bu dəstək sayəsində dünyanın bir çox məşhur teatrları tərəfindən səhnəyə qoyulan Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Arif Məlikovun "Məhəbbət əfsanəsi" baleti bu dəfə Nervi festivalında, həmyerlilərinin ifasında açıq səma altında, möhtəşəm səhnədə nümayiş olunacaq.

Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri ilə yanaşı Azərbaycan Dövlət Rəqs Ansamblının artistləri də çıxış edəcəklər. Y.Eyvazov bildirib ki, Teatrın 115-ci mövsümündə beynəlxalq qastrol səfərlərinə balet truppasının Rusiyanın Çelyabinsk şəhərində “Min bir gecə” baleti ilə “Yekaterina Maksimova adına Beynəlxalq Balet Festivalı”nda çıxışı ilə başalayacaq. Ardınca iyul və avqust aylarında İtalyanın Genuya və Verona (Arena De Verona səhnəsində) şəhərlərində milli balet əsərləri ilə yanaşı dünya klassik baletinin incisi olan “Qu gölü” əsəri də ifa olunacaq.

Paylaş:
655

Son xəbərlər

Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB17 / 05 / 2024, 17:10Ramin Məmmədovun deputat mandatı ləğv edildiBu gün, 17:15Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıbBu gün, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilibBu gün, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdiBu gün, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıbBu gün, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAMBu gün, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıbBu gün, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaqBu gün, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunubBu gün, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilibBu gün, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıbBu gün, 15:08Bazar günü 12 min şagird imtahan verəcəkBu gün, 14:59COP29 prosesində Azərbaycana dəstək üçün BMT-də xüsusi işçi qrup yaradılıbBu gün, 14:37Prezident: COP29-a hazırlıq məqsədilə bütün lazımi və zəruri işlər plana uyğun davam etdirilirBu gün, 14:36İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib - YENİLƏNİBBu gün, 14:19“Gələcəyi öz əllərinlə yarat” layihəsi qadın sığınacağında - Azercell-in təşkil etdiyi təlimlər davam edirBu gün, 14:06Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıbBu gün, 13:43Hava Limanı-Mərdəkan-Zağulba avtomobil yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 13:37Aygün Attar: Azərbaycanın ekologiyasına vurulan zərər dünyaya vurulmuş zərərdirBu gün, 13:29
Bütün xəbərlər